Qubada yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 16 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Qımılqazma kəndində “VAZ” markalı minik avtomobili alışıb. Onun yük yeri və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-in mühafizə bölmələri tərəfindən söndürülüb.