Quba rayonunda "Koderlər marafonu" layihəsinin növbəti təlimləri keçirilir. Bu haqda ShimalNews 16 aprel tarixində məlumat verir.
Tədbirə müxtəlif məzmunlu müsabiqələrdə iştirak etmiş, həmçinin yüksək nəticə göstərmiş 8-ci və 9-cu sinif şagirdləri qatılıblar. Təlimlərin məqsədi peşəkar proqramçı-təlimçilər tərəfindən"Arduino", "Python"un əsaslarını öyrətməklə onlarda alqoritm qurma, diqqətlilik, kodlaşdırma, müxtəlif məzmunlu yerli və beynəlxalq müsabiqə və “Startup”larda iştirak üçün zəruri bacarıqlar, müstəqil öyrənmə, layihə hazırlama, internet resursları, müxtəlif tətbiq və proqramlardan istifadə bacarığı formalaşdırmaqdır.