“Quba Nəqliyyat” Açıq Tipli Səhmdar Cəmiyyəti fəaliyyətini bərpa edəcək. Bu barədə ShimalNews 25 iyun tarixində “İqtisadiyyat.az”a istinadən məlumat verir.
Bir müddət əvvəl şirkətin vergi borcu yarandığına görə əmlakı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılmışdı. Amma ötən il şirkət qərar üzrə vergi borcunu tam ödəyib və hərrac dayandırılıb.
Avqustun 10-da Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının keçirilməsi planlaşdırılıb.