Qubadan olan məktəbli buraxılış imtahanından maksimum balla çıxıb. Bu haqda ShimalNews 16 aprel tarixində məlumat verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən 10 mart 2024-cü il tarixində keçirilmiş imtahanda Sevil Gülməliyeva 300 bal toplayıb. O, Aşağı Atuc kənd orta məktəbinin məzunudur.
Sevil Gülməliyeva həm də RFO finalçısıdır.