Qubadan olan məktəbli Azərbaycan dili olimpiadasında uğurla iştirak edib. Bu haqda ShimalNews 28 noyabr tarixində məlumat verir.
Aişə Babayeva Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Doğma ana dilim" adlı bilik yarışmasında 2-ci yerə layiq görülüb. Alpan kənd tam orta məktəbinin 6 “A” sinif şagirdi sertifikatla təltif olunub.
Aişə Babayeva İkinci Qarabağ müharibəsi qazisi, həmkəndlimiz Murad Babayevin qızıdır.