Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyinin müəllimi uğur qazanıb. Bu barədə ShimalNews 12 iyul tarixində adıçəkilən təhsil müəssisəsinə istinadən xəbər verir.
Pərvin Ağayeva Botanika ixtisasında "Biologiya elmləri" sahəsi üzrə "Fəlsəfə doktoru" elmi dərəcəsini alıb. Bu münasibətlə təhsil müəssisəsinin əməkdaşları onu təbrik ediblər.