Quba Rayon İcra Hakimiyyətinin başçısı yenidən Bad kəndində olub. Bu barədə ShimalNews 3 avqust tarixində Quba RİH-yə istinadən məlumat verir.
Mövcud problemlərin həlli üçün kənddə görülmüş işləri yoxlamaq məqsədilə görüş keçirilib. Ziyəddin Əliyev yaradılmış komissiyanın üzvləri ilə birlikdə son 1 ay ərzində aparılan işlərlə ətraflı tanış olub.
İcra başçısı kənd sakinləri ilə görüşüb. Əliyev gələcəkdə görüləcək işlərlə əlaqədar aidiyyəti şəxslərə tapşırıq və tövsiyələrini verib.