Bu gün Qubanın Hacıhüseynli kəndində seminar keçirilib. Bu barədə ShimalNews 14 iyul tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Seminar “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda keçirilib.
Tədbir Quba Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Burada qurumların məsul şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi və Hacıhüseynli kənd İnzibati ərazi dairəsinin sakinləri iştirak ediblər.