Quba rayonu Hacıhüseyinli kənd sakinlərinə səyyar tibbi müayinə xidməti göstərilib. Bu haqda 17 aprel tarixində ShimalNews Quba Rayon Mərkəzi Xəstəxanasına istinadən məlumat verir.
Baş tutan həkim qəbulunda pediatr, şüa-diaqnostika, laborant, mama-ginekoloq, terapevt, cərrah iştirak ediblər. Xəstələrdən müvafiq qan analizləri alınıb, ona uyğun müalicə təyin olunub.