Qubada alma yığımı davam edir, qiymətlər isə fermerləri qane etmir. Bu barədə ShimalNews 9 oktyabr tarixində xəbər verir.
Məhsuldarlıq bu il yüksəkdir. Orta qiymət 1 kq alma üçün 45-50 qəpik təşkil edir. Bu isə aqrotexniki xərcləri və çəkilən əziyyəti qarşılamır. Sahibkarlar çıxış yolu kimi başqa meyvəyə keçid edib, damcı suvarma üsuluna üstünlük verirlər.