Qubada selin törətdiyi bəzi fəsadlar aradan qaldırılmayıb. Bu barədə ShimalNews 24 iyun tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Qubanın ən ucqar Dalıqaya-Zıxır-Girdah-Quba yolunu 4 gün öncə sel dağıdıb. Dalıqaya kənd sakinləri bildiriblər ki, rayon mərkəzi ilə əlaqələri kəsilib. Zıxır kənd dərəsindən nəqliyyat vasitələri keçə bilmir.
Məsələ ilə bağlı Quba İH başçısının 1-ci müavini, rayon FHK-nın sədri Tariyel İbrahimov bildirib ki, rayonda selin dağıtdığı yollar tam bərpa olunub. Zıxır yolundakı problem də qısa vaxt ərzində aradan qaldırılacaq.