Qubanın məşhur “40 pilləkən”inin təmirə ehtiyacı var. Bu haqda ShimalNews 28 sentyabr tarixində məlumat verir.
Nizami Parkında yerləşən pilləkənlər 1946-cı ildə inşa olunub. İkinci Dünya müharibəsindən sonra alman əsirləri bu tikintini həyata keçiriblər. Hazıda istirahət məkanında daş örtüklər qırılaraq sıradan çıxır. Bu isə ümumi görünüşə və insanların təhlükəsizliyinə təsir göstərir.
Bu parkda daim festivallar, sərgilər, yarmarkalar və digər tədbirlər keçirilir. Piyadalar öz növbəsində pilləkənlərdən Qudyalçay dairəsinə enmək və oradan Qırmızı Qəsəbəyə getmək üçün istifadə edirlər.
[caption id="attachment_49411" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]