Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.
ShimalNews xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə məlumat verib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verilib. Universitetdə 70 nəfərlik professor-müəllim heyətinin işləyəcəyi planlaşdırılır.