Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə İsmayıllı rayonuna səfər edib. Bu haqda ShimalNews 7 mart tarixində məlumat verir.
Səfər çərçivəsində dövlət peşə təhsili mərkəzlərinə baş çəkilib, onların maddi-texniki bazası ilə tanışlıq olub, müəssisələrin ərazisinə, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxanaya baxış keçirilib.
Kənan Kərimzadə, eyni zamanda tədris prosesində iştirak edib. Ona mərkəzlərdə mövcud olan ixtisaslar barədə də məlumat verilib.