Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Quba və Qusar sakinlərini qəbul edəcək. Bu barədə ShimalNews 15 iyul tarixində adıçəkilən nazirliyə istinadən məlumat verir.
Qəbul iyulun 26-sı Quba şəhərində baş tutacaq. Burada iştirak etmək istəyənlər 15-21 iyul tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət etməli və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlamalıdırlar.
Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə müraciət edə bilərlər. Onlar əvvəlcədən tərtib edilmiş siyahı üzrə qəbul ediləcək.