Nabranda gənc oğlan istirahət edənləri təhqir edib. Bu barədə ShimalNews 20 iyul tarixində Modern.az-a istinadən məlumat verir.
İstirahət mərkəzlərinin birində həmin şəxs TikTok sosial şəbəkəsində canlı yayım açaraq hovuzda çimən qadınları videoya çəkib. O, “Hansınızın bacısıdır, deyin çəkməyim. Qeyrət çəkənlər hanı?” ifadələrini işlədib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi araşdırma aparır.