Xaçmazda kişi dənizdə batıb. Bu barədə ShimalNews 6 avqust tarixində Report-a istinadən məlumat verir.
Hadisə Nabran qəsəbəsində qeydə alınıb. Xızı rayonu, Stalçay kənd sakini, 30 yaşlı Namik Quliyevin meyiti rayon ərazisindəki çimərlikdən tapılıb. Cəsəd müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.