Avqustun 19-dan 26-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda ShimalNews 19 avqust tarixində "Report"a istinadən məlumat verir.
Şahdağ milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 19-20-də gündüz saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.
Altıağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti olacaq.
Samur-Yalama milli parkının şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 23-də gündüz, 25-də isə gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-32°isti olacaq.