top
Lazalı qazi: “Çəkməmi görüb zənn ediblər ki, tikə-tikə olmuşam” – ÖZƏL MÜSAHİBƏ
29 oktyabr 2024, 18:00
- ↺ +

Lazalı qazi: “Çəkməmi görüb zənn ediblər ki, tikə-tikə olmuşam” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən günlərdə Qusarın Laza kəndində Vətən müharibəsi qazisi Elmar Ağakişiyevin toyundan görüntülər yayımlanıb. Baş tutan toy məclisində kəndin özünəməxsus adətləri xüsusilə diqqət çəkib.

Shimal.News-ın əməkdaşı həmin görüntülərin qəhrəmanı Elmar Ağakişiyev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Elmar bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən Elmar İlqar oğlu Ağakişiyev 2000-ci il yanvar ayının 1-də Qusar rayonunun Laza kəndində dünyaya göz açmışam. Kənd məktəbində təhsil almışam. Təəssüf ki, təhsilimi davam etdirə bilməmişəm. Anadan olandan bu günə qədər də Lazada yaşayıram.

- Döyüş yolunuzdan danışardınız. Vətən müharibəsində döyüşlərə nə zaman qatıldınız ?

- Vətən müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak etmişəm. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Laçın və Şuşanın azad olunmasında iştirak etmişəm.

Müharibənin, döyüşün öz çətinlikləri olur. Bir dəfə mühasirəyə düşdük və 3 gün boyunca ac-susuz qaldıq. Lakin buna baxmayaraq, düşməni darmadağın etdik. 30 nəfərlik heyət ilə onların 500-600 nəfərlik briqadasını məhv etmişik. Amma bu savaşda döyüş yoldaşlarımızdan şəhid olanlar da oldu.

Biz döyüşə-döyüşə Laçına girdik. Amma 24 oktyabr tarixində Laçın dəhlizində yaralandığım üçün şəhərə girə bilmədim. Onlar bizə üç raket atdılar. Sonuncunu vuranda komandirə dedim ki, “təpənin arxasına keçək”. Dedi ki, “təpənin arxasına keçsək, hücum edəcəklər”. Ön tərəfdə idim. Raket atıldı. Dalğası məni yerə çırpdı. Uşaqlar özünə gələndən sonra görüblər ki, mən yoxam. Məni axtarmağa başlayıblar. Daha sonra çəkməmi görüb, zənn ediblər ki, tikə-tikə olmuşam. Dalğanın təsirindən mən torpağın altındaydım. Torpağı qazıb məni çıxarıblar. Üç gün komada oldum, on gün danışa bilmədim. Ağır kəllə beyin travması keçirdim.

- Sosial şəbəkələrdə toyunuz ilə bağlı maraqlı görüntülərə rast gəldik. Xoş gününüzün Vətən müharibəsi günlərində baş tutması təsadüfdürmü?

- Bəli, təsadüfdür. Biz daha tez  toy etmək istəyirdik. Qız evi işini gec bitirdiyi üçün Vətən müharibəsi günlərinə təsadüf etdi. Toyumuz da oktyabrın 6-da baş tutub. Sadəcə görüntüləri gec yayıldı. Nikahımız da oktyabrın 24 oldu. 2020-ci ilin həmin günü mən yaralanmışdım.

- Hazırda nə işlə  məğulsunuz? Qusarın Laza kəndində sakinlər hansı işlərlə məşğuldur?

- Yay mövsümündə ailəvi istirahət mərkəzində inzibatçı olaraq fəaliyyət göstərirəm. Daimi bir işim yoxdur. Soyuq olan yerlərdə qala, işləyə bilmirəm. Ancaq isti yerlərdə işləyə bilirəm. Qar yağanda yəqin ki, istirahət mərkəzindəki işimi sonlandıracam. Çünki soyuq olan kimi ağrılarım başlayır.

Lazada insanlar müxtəlif işlərlə məşğul olurlar. Mal-qara saxlayan da, öz işini quran da var. Kəndimizin qaz problemi var.

- Yoldaşınız Selcan xanımla necə tanış olmusunuz?

- Onunla 2023-cü ildə tanış olmuşam. Onlar klinikaya gəlmişdilər. Kəndlərinə qədər arxasıyca getdim. Onunla tanış olmaq üçün çox çətinliklər çəkmişəm. Şükür ki, qovuşduq.

- Döyüş yoldaşlarınız toyunuzda iştirak etdilər?

- Döyüş yoldaşlarım təbii ki, toy günümdə məni təbrik üçün gəlmişdilər. Döyüş yolu keçən insanların dostluğu başqa cür olur. Bir-birimizlə əlaqə saxlayırıq, imkan olanda görüşürük, məclislərdən geri qalmırıq.

- Toyunuzun Vətən müharibəsi günlərinə təsadüf etməsini necə qarşıladılar?

- Qınayanlar olmadı. Hər kəs sevinirdi. Mən nələrdən keçmişəmsə, bilənlər bilir. Hər kəs xoş günümə sevinirdi.


Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Bu gün, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Bu gün, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Bu gün, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Bu gün, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Bu gün, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Oxşar xəbərlər