Qubalı kikboksçular Olimpiya döyüş liqasının kəmər döyüşlərində uğurla iştirak ediblər. Bu barədə ShimalNews 25 iyul tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
İdmançılarımız Atabəy Şirinov, Fərid Əliyarov, Zaur Vəlixanov və Allahverdi Dəmirov Olimpiya döyüş liqasında qalib gələrək liqanın kəmərinə sahib olublar.
Kikboksinq idman növü üzrə Olimpiya döyüş liqası Bakı şəhərində baş tutub.