İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən Bədöyün (Badavun) məscidi bərpa edilib. Bu barədə ShimalNews 29 mart tarixində məlumat verir.
Məsciddə bərpa-təmir işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılıb. Onun orijinal formasının qorunub saxlanmasına önəm verilib.
İbadətgah 1791-ci ilə (digər mənbələrdə 1878) aiddir. Onun üzərində səkkiz kitabə mövcuddur.