İsmayıllıdan olan şəhid Cəlal Rüstəmovun nəşi Mican kənd qəbiristanlığında dəfn olundu. Bu haqda ShimalNews 6 iyun tarixində məlumat verir.
Mərasimdə mərhumun ailə üzvləri, İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha öncə şəhidimizin nəşinin tapıldığı haqda xəbər vermişdik. O, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilibmiş.