İsmayıllıda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək. Bu barədə ShimalNews 9 may tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir mayın 10-nu saat 15:30-da Heydər Əliyev adına parkda təşkil ediləcək. Burada ölkənin və rayonumuzun incəsənət nümayəndələri öz musiqi nömrələri ilə çıxış edəcəklər.
İsmayıllılar və rayonumuzun qonaqları atəşfəşanlıq şənliyinə dəvətlidirlər.