İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 1 nəfər xəsarət alıb. Bu haqda ShimalNews 6 may tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Qəza gecə saatlarında İvanovka kəndi istiqamətində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan o, dərhal paytaxt xəstəxanalarından birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.