İsmayıllı şəhərinin mərkəzi meydanında bayram tonqalı qalanıb. Bu barədə ShimalNews 6 mart tarixində məlumat verir.
Od çərşənbəsi qeyd eləmək üçün tədbirə rayon rəhbərliyi və sakinlər toplaşıblar. Şənlikdə çıxış edənlər Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığını vurğulayıblar, sakinləri bayram münasibətilə təbrik edib, sevinc dolu günlər, bolluq, bərəkət arzulayıblar.
Sonra bayram tonqalı alovlandırılıb və musiqilər səsləndirilib.