İsmayıllıda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 12 iyun tarixində məlumat verir.
Tədbir İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə şəhər 6 nömrəli tam orta məktəbdə baş tutub.
Natiqlər zərərli vərdişlərin insan orqanizminə və həyatına, ümumilikdə cəmiyyətə göstərdiyi mənfi təsirlər barədə şagirdlərə məlumat veriblər. Bildirilib ki, belə hallara qarşı mübarizədə nəinki hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür.