İsmayıllıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb.
Shimal.News Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 54 yaşlı İxtiyar Mehdiyev saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu, 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub. İ.Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub.
Cinayət işi başlanılıb.
