İsmayıllıda 6 aylıq körpə bacısının dırnağına görə xəstəxanaya düşüb. Bu haqda ShimalNews 28 mart tarixində “Qafqazinfo”ya istinadən məlumat verir.
Uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkədə hadisə haqqında yazıb. Onun sözlərinə görə, uşaq bacısının plastik dırnağı ilə oynayarkən ehtiyatsızlıqdan onu udub və dırnaq körpənin nəfəs borusunda ilişib.
Bakıda özəl klinikalardan birinə gətirilən körpənin vəziyyəti ağır qiymətləndirilib. Yüksək ölüm riski nəzərə alınaraq, təcili bronxoskopiya aparılmasına qərar verilib. Dırnaq nəfəs borusundan çıxarılıb və körpə xilas edilib.