İsmayıllı Rayon Mərkəzi Xəstəxanası və Talıstan kənd tam orta məktəbinin təşkilatçılığı ilə icbari tibbi sığorta haqqında maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 28 mart tarixində məlumat verir.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov, İsmayıllı RMX-nin Sığortanın təşkili və innovasiya şöbəsinin sığorta üzrə mütəxəssisi Aytac Bəhrəmli, məktəbin rəhbərliyi və kollektivi iştirak ediblər.
İştirakçılara “Xidmətlər Zərfi”ni əhatə edən tibbi xidmətlərdən və onların əlçatanlığının təmin edilməsindən, icbari tibbi sığorta çərçivəsində göndərişlərin verilməsindən və gələcəkdə tibbi xidmətlərin sayının artırılması imkanlarından danışıblar.