İsmayıllıda fərdi yaşayış evi yanıb.
Bizim.Media-nın məlumatına görə, hadisə rayonun Cülyan kəndində Şıxəli Hüseynova məxsus birmərtəbəli evdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.