Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllıda “Açıq qapı” günü təşkil edib. Bu barədə ShimalNews 1 mart tarixində məlumat verir.
Tədbir Sumağallı kəndində keçirilib. Bu zaman psixoloji konsultasiya, ailədaxili münasibətlərin tənzimlənməsi, uşaq hüquqlarının müdafiəsi, aliment, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq kimi məsələlərlə bağlı müraciətlər dinlənilib.