İsmayıllı rayonunda dövlət əmlakı yenidən hərraca çıxarılacaq. Bu barədə ShimalNews 8 may tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
Soltankənd kəndində yerləşən Yaradıcılıq Evi auksionda təqdim ediləcək. Əmlakın ilkin satış qiyməti 12.000 manat, beh isə 150 manat təşkil edir. Tikilinin ümumi sahəsi 673,7 kv.m-dir.
Hərrac 6 iyun saat 10:00-da keçiriləcək.
Əlaqə telefonu: (kod 02028) 5-64-64.