İsmayıllıda Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Bu haqda ShimalNews 24 fevral tarixində məlumat verir.
Tədbirdə İsmayıllı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, eləcə də din xadimləri iştirak ediblər.
Anım mərasimi zamanı İsmayıllı rayonundakı Şəhidlər xiyabanı və Soyqırım abidəsi ziyarət edilmiş, şəhidlərimizin əziz xatirəsi yad edilmişdir.