Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub. Bu haqda ShimalNews 9 aprel tarixində məlumat verir.
Rəşid Məmmədov bu gün Təhsil Sektorunun kollektivinə təqdim edilib. Mərasimdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, idarənin müdir müavini Həmid Qasımov və ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov iştirak ediblər.
Bu təyinatdan öncə Məmmədov RTS-də metodist vəzifəsində çalışıb.