İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində infotur təşkil edilib. Bu haqda ShimalNews 25 may tarixində məlumat verir.
Tədbirdə İsmayıllı RİH başçısının müavini Eyyub Musayev və Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli iştirak ediblər. Qonaqlar İsmayıllı DPTM-in təqdimatı ilə, sonra tədris fəaliyyəti, istehsalat təlimlərinin təşkil edildiyi emalatxanalar, daha sonra isə ümumilikdə Mərkəzin infrastrukturu ilə tanış olublar.
[caption id="attachment_60937" align="alignnone" width="640"]
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi[/caption]