İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi "Açıq Qapı" günü elan edir. Bu barədə ShimalNews 10 may tarixində təhsil ocağına istinadən məlumat verir.
Aksiya mayın 12-si saat 10:30-da başlayacaq. Tədbiri keçirməkdə məqsəd peşə seçiminə dəstək və mərkəzlə tanışlıqdır. Burada müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək.
Ünvan: İsmayıllı şəhəri, Ə.Ələkbərov küçəsi, 34.
Giriş sərbəstdir.