İsmayıllı rayonunda vətəndaşların növbəti səyyar qəbulu keçirilib. Bu haqda ShimalNews 2 aprel tarixində məlumat verir.
Nahid Bağırov Cülyan kəndində sakinlərin müraciət və təkliflərini dinləyib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdə RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.