İsmayıllıda yaşlı qadın itlərin hücumuna məruz qalıb. Bu haqda ShimalNews 11 may tarixində Unikal.az-a istinadən məlumat verir.
Küçə itləri Aidə Yusifovaya yaşadığı evin həyətində hücum ediblər. Onlar Qubaxəlilli kənd sakininə üz, baş və çiyin nahiyəsindən dişləməklə xəsarət yetiriblər.
Tənha yaşayan 67 yaşlı qadın İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıb. Xəsarətləri ağır olan zərərçəkmişə, quduzluğa qarşı vaksin də vurulub.
Yusifova hazırda xəstəxanada müalicə alır.