İsmayıllının kulinariya komandası "Qızıl Şah 2024” 4-cü Respublika Çempionatında iştirak edəcək. Bu barədə ShimalNews 8 mart tarixində məlumat verir.
Yarışda İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edəcək komanda üzvlərinin seçim turu keçirilib. Nəticədə Səid Teymurlu 1-ci, Şahin Hacıyev 2-ci, Aslan Hüseynli isə 3-ü yerə sahib olublar.
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (Azerbaijan Culinary Specialists Association - Chefs.Az ) tərəfindən keçirilən bu çempionat üzrə daxili yarışlar ümumilikdə 8 peşə təhsil müəssisəsində keçiriləcək.