İsmayıllı rayonunda 2 sakini ilan sancıb. Bu haqda ShimalNews 30 may tarixində Report-a istinadən məlumat verir.
Qalagah kəndinin 18 yaşlı sakini Səbuhi Əliyev və Girk kənd sakini, 65 yaşlı Fatma Quliyeva həyətdə əkin işləri görərkən otların arasında olan ilan qəflətən onları sancıb. Xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların müalicəsi davam edir.