İsmayıllı rayonunun Gideyli kənd sakinləri icra başçısının səyyar qəbulunda olublar. Bu haqda ShimalNews 23 may tarixində məlumat verir.
Görüşdə vətəndaşların müraciətləri dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq, həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.