Qubada əhalinin icbari tibbi sığorta ilə bağlı məlumat səviyyəsinin artırılması məqsədilə maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 21 iyul tarixində Quba Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Tədbirdə icra hakimiyyətinin məsul şəxsləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Quba filialının rəhbəri və “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru iştirak ediblər.
Onlar sosialyönümlü islahatın əhəmiyyəti və icbari tibbi sığortadan istifadə hüququ barədə görüş iştirakçılarına məlumat veriblər.