"Şahdağ Qusar"a yeni baş məşqçi təyin edilib. Bu haqda ShimalNews 8 iyul tarixində məlumat verir.
“Səbail” Futbol Akademiyasında çalışan B kateqoriyalı məşqçi Elnur Abdullayevlə razılıq əldə olunub. Onunla 1+1 illik müqavilə imzalanıb.
Baş məşqçinin köməkçisi isə ötən mövsüm məşqçi kimi çalışmış C kateqoriyalı Əlimirzə Daşzərini olacaq.