Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib. Bu haqda ShimalNews 25 noyabr tarixində məlumat verir.
Nazirlik əməkdaşları Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayonu Q.Məmmədov adına Ruşan kənd və Aşıqbayramlı kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonunun Ağtala kənd tam orta məktəbində maarifləndirmə aparıblar.
Bu zaman fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Eləcə də FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.