Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz şəhərində ictimai dinləmə keçirib. Bu barədə ShimalNews 28 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Tədbir “Tarix yaradan insan – Heydər Əliyev” adlanıb. Burada ulu öndərin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin bərpası, qorunub saxlanılmasında göstərdiyi xidmətlər barədə danışılıb. Sonda sənədli film təqdim edilib.