Quba rayonunda Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən maarifləndirici təlim keçirilib. Bu haqda ShimalNews 7 oktyabr tarixində quruma istinadən məlumat verir.
Tədbir Gigiyena və Epidemiologiya Mərkəzində baş tutub. İnteraktiv formada keçirilən tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Bundan əlavə, iştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.