Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında yoxlamalar baş tutub. Bu barədə ShimalNews 16 aprel Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
“Təmiz hövzələr” aksiyası çərçivəsində sintetik torların yığışdırılması həyata keçirilib.
Xaçmaz, Siyəzən, Lənkəran və Astara rayonları akvatoriyasından, Kür, Araz çaylarından, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 4425 metr uzunluğunda 97 ədəd sintetik tor aşkar edilərək götürülüb.