Qusarda “Məşğulluğa Dəstək Layihəsi"nə dair tədbir təşkil olunacaq. Bu barədə ShimalNews 9 oktyabr tarixində xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məlumatlılığı artırmaq məqsədilə növbəti ictimai dinləmə baş tutacaq. Tədbir Dünya Bankının maliyyə dəstəyi ilə 11 oktyabr saat 11:30-da başlayacaq.