Xaçmaz rayonunda kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkarlanıb. Bu barədə ShimalNews 28 sentyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Polis əməkdaşları “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər keçiriblər. Nəticədə Qımılqışlaq kənd sakini E.Balabəyova məxsus həyətyanı sahədə 9 ədəd çətənə kolu tapılıb.
Bütün kollar müsadirə olunub.