Qusarda polis əməkdaşları yoxlamalar aparıblar. Bu haqda ShimalNews 5 iyul tarixində məlumat verir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Qusar Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədi ilə tədbir keçiriblər. Nəticədə taxta emalı sexlərinin birində mənbəyi məlum olmayan müxtəlifcinsli ağac gövdələrinin oduncağı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.